“Malmö”nün baş məşqçisi: “Qarabağ” “Sparta” və “Reyncers”dən güclü komandadır”
02.10.2024 - 19:08
“Malmö”nün baş məşqçisi: “Qarabağ” “Sparta” və “Reyncers”dən güclü komandadır”

Avropa Liqasının II turunun "Qarabağ" - "Malmö" matçından öncə qonaqların baş məşqçisi Henrik Ridströmün mətbuat konfransı keçirilib.

- "Qarabağ"ın İsveç klubları ilə oyunlardakı üstünlüyü sizi qorxutmurki? Komanda "Gefle", "Göteborq", "Hekken" klublarını məğlub edə bilib...
- Xeyr, qorxutmur. Statistikanın sabahkı oyunla əlaqəsi yoxdur. Biz həmin komandalardan güclüyük. Biz də adını çəkdiyiniz komandalara qalib gəlmişik.

- Sabahkı oyundan gözləntilər nədir? Məğlub olsaz, bunu faciə hesab edəcəksiz?
- "Qarabağ"ı analiz etmişik. Çox güclü komandadır. Avropa Liqasında ən güclü komandalardan biridir. Xüsusilə də, evdə güclü oynayırlar. Topa sahib olanda güclüdürlər. Bilirəm ki, sabahkı oyun çətin olacaq. Bura oynamağa gəlmişik. Bakıya yaxşı əhval-ruhiyyədə gəlmişik. Sabahkı oyunun da yaxşı olacağına ümid edirəm.

- Çox rahat görünürsüz. "Malmö"nü "Qarabağ"dan güclü hesab edirsiz?
- Bunu demək çox çətindir. Rəqibimiz çox güclüdür. Ola bilər ki, "Qarbaağ"ı İsveçdə çox adam tanımır. Amma onlar topa sahibolmada, çox güclüdürlər. "Reyncers"dən geri qalmırlar. Biz bura gözəl oyun  oynamağa gəlmişik. Burada atmosfer gözəldir. Müqayisə aparmaq uyğun deyil. Sabah hər şeyi görəcəyik.

- Bu oyunun əhəmiyyəti sizin üçün nə dərəcədə vacibdir?
- Məsələyə bu aspektdən baxmıram. Hər oyun əhəmiyyətlidir. Növbəti matç da vacibdir. 

- "Qarabağ"ın əvvəlki oyunlarına köməkçilərinizi göndərmisiz ki, canlı izləsin?
- Xeyr. Buna ehtiyac da yoxdur. Bugünkü texnologiya imkan verir ki, "Qarabağ"ı liqada və avrokuboklarda baxaq, analiz edək.

- Azərbaycanda mütəxəssislər "Malmö"nü "Qarabağ" üçün üç xal kimi görür. Qurban Qurbanov da bunun komandası üçün müsbət tərəf kimi gördüyünü dedi. Bu haqda fikriniz nədir?
- Bizdə də bizə ümid edirlər. İnsanların nə fikirləşməsi mənim üçün önəmli deyil. "Qarabağ" güclüdür. Biz öz oyunumuzu oynayırıq. Sabah ümid edirəm ki, iki güclü komandanın oyunu olacaq.

- "Qarabağ"la evdə qarşılaşmamağınız sizi təəssüfləndirmədiki?
- Mən və mənim futbolçularım həyəcanlıdırlar. Amma komanda rəhbərliyi bir o qədər də yox. Çünki Azərbaycan bizdən uzaq ölkədir, təyyarə və bahalı otel tutmaq üçün maliyyə lazım gəldi (gülür). 

- Qurban Qurbanovun komandası Skandinaviya klublarına uduzmayıb. Bu sizi qorxudur?
- Bunlar məni çox narahat etmir. 15 illik statistika "Qarabağ"ın gücünü göstərir. Amma bunların sabahkı oyunla əlaqəsi yoxdur. Sabahkı oyuna fokuslanmalıyıq. "Qarabağ" "Sparta" və "Reyncers"dən daha güclü komandadır. Ona görə sabahkı matça hazır olmalıyıq.

- Sabah İsak Telinin start heyətində meydana çıxması gözlənilir?
- Görəcəyik. Oyunun başlamasına yarım saat qalmış heç kim heç nə bilmir. Komanda üçün vacib oyunçudur.

- O, ölkə çempionatında bombardirdir, amma avrokuboklarda 7 oyunda qol vurmayıb. Bunu nə ilə izah edərdiniz?
- Avroliqa və təsnifat mərhələsinin oyunları yüksək səviyyədədir. Müəyyən mənada çətinliklərlə üz-üzə qaldıq. Futbol kollektiv oyunudur. Çalışırıq ki, inkişaf edək.

writer photo
Əlirza Əlirzalı
0