Paris-2024 Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə ölkəmizi təmsil edən Giorgi Meşvildişvili bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız yarışlar barədə təəssüratını bölüşüb:
"Azərbaycana mənə bu şansı yaratdığı üçün təşəkkürümü bildirirəm. Bu medal mənim üçün qızıla bərabərdir. Azərbaycan Güləş Federasiyasına, məşqçilərimizə, həkim və masajçımıza, sparrinqlərimə minnətdaram. Hər kəsə çox sağ ol deyirəm. Biz bir komandayıq. Bir ailəyik. Azərbaycanı öz doğma vətənim sayıram. Burada özümü qonaq kimi hiss etmirəm. Yarımfinalda məğlub olduğum Geno Petriaşvili çox güclü idmançıdır. Bunu finalda da göstərdi. Onu da təbrik edirəm. Bu dəfə bürünc medal qazandım. Artıq indidən növbəti yarışa çıxmağı səbirsizliklə gözləyirəm. Özümü buna tam kökləmişəm".