Maradonadan sonra ilk: İkisi birdən
19.12.2022 - 09:49
Maradonadan sonra ilk: İkisi birdən

Dünya çempionatlarında son 36 ilin rekordu qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, 1986-cı ildən sonra ilk dəfə eyni futbolçu “qol+ötürmə” ilə 10 xal toplayıb.

DÇ-2022-də buna iki oyunçu imza atıb. Kilian Mbappe 8 qol və 2 assist, Lionel Messi 7 qol və 3 məhsuldar ötürmə verib.

Mundiallarda 10 xal toplayan sonuncu oyunçu Dieqo Maradona olmuşdu. O, 1986-cı ildə 5 qol və 5 assistə imza atıb.

Qeyd edək ki, Mbappe DÇ-2022-nin bombardiri, Messi ən yaxşı futbolçusu olub.
 

writer photo
Əlirza Əlirzalı
0