Azərbaycan millisinin voleybolçusu Şəfaqət Alışanova karyerasını Macarıstanda davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı toppaylayıcı “Elerre” klubuna keçib.
Təmsilçimiz artıq Ekstraliqanın debütantına qoşulub. Azərbaycan klubları ilə yanaşı, Polşa və Yunanıstanda da oynamış Şəfaqət əvvəllər də Macarıstanda çıxış edib.
Alışanova yeni klubuna keçməyinə şad olduğunu bildirib: “Elerre” ilə müqavilə imzaladığım üçün şadam. Bu, mənim üçün yeni təcrübə olacaq. Hədəfimiz çempionatda yaxşı çıxış etməkdir. Düşünürəm ki, bunun öhdəsindən gələcəyik”.
Qeyd edək ki, Şəfaqətin son komandası Yunanıstanın “Porfiras” klubu olub.