ÇL: Liqa mərhələsinin ən gözəl qolu seçildi
08.02.2025 - 11:53
ÇL: Liqa mərhələsinin ən gözəl qolu seçildi

Çempionlar Liqasının liqa mərhələsinin ən baxımlı qolu seçilib.

Apasport.az xəbər verir ki, bu nominasiyada 1-ci yerə "Real Madrid"in forvardı Vinisius Junior layiq görülüb.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Braziliya millisinin üzvü VII turda "Zalsburq"a vurduğu qol, azarkeşlərin səsverməsi nəticəsində ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, Vinisius bu mövsüm "kral klubu"nun heyətində çıxış etdiyi 28 rəsmi matçda 16 qol, 10 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0