"Qarabağ" azarkeşlərindən "Neftçi"yə göndərmə - FOTO
01.12.2024 - 19:51
!["Qarabağ" azarkeşlərindən "Neftçi"yə göndərmə - FOTO](https://ww3.apasport.az/storage/news/2024/december/01/big/674c8629eb53c674c8629eb53d1733068329674c8629eb533674c8629eb53b.jpeg)
Misli Premyer Liqasının XV turu başa çatıb.
Apasport.az xəbər verir ki, "Neftçi Arena"da turun son matçı keçirilib.
"Ağ-qaralar" "Qarabağ"ı qəbul edib. Görüş hər iki komandanın azarkeşləri tərəfindən maraqla izlənilib.
Matçın startında ağdamlıların fanat qrupları "Neftçi"yə "ilişiblər". Onlar "ağ-qaralar"ın köhnə embleminin tərs çevrildiyi, "necə olacaq?" yazılı pankart qaldırıblar. Pankartın altında isə potensial hesab təxminləri yer alıb.
Qeyd edək ki, matçda hesab 3:0 "Qarabağ"ın xeyrinə başa çatıb.
0
0