ABL: “Sabah”dan inamlı qələbə
07.02.2025 - 20:27
ABL: “Sabah”dan inamlı qələbə

Kişilər arasında Azərbaycan Basketbol Liqasında XIV tur davam edir.

Apasport.az xəbər verir ki, dördüncü oyun günündə bir matç baş tutub.

Yeganə qarşılaşma “Sərhədçi” İdman Mərkəzində keçirilib. A qrupunun görüşündə son çempion “Sabah” autsayder NTD ilə üz-üzə gələcək. Oyun yaxşı başlayan Rimas Kurtinaytisin komandası 3 dövrənin sonunda böyük üstünlük qazanıb. Bundan sonra bir az arxayınlaşan "Sabah" rəqib komandanı fərqi 11 xaladək azaltmaq imkanı verib. Komanda qələbə sayəsində yenidən 1-ci pilləni ələ keçirib.

Azərbaycan Basketbol Liqası
XIV tur

19:00. “Sabah” - NTD - 96:85 (24:16, 29:20, 25:20, 18:29)

writer photo
Əlirza Əlirzalı
0