Final proqnozu – Q/Q
26.05.2022 - 15:02
Final proqnozu – Q/Q

Türkiyə kubokunun İstanbulda keçiriləcək final oyununda “Kayserispor”la “Sivasspor” qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, rusiyalı futbol eksperti Dmitri Spirin bugünkü qarşılaşma ilə bağlı proqnoz verib.

“Sovetski sport”un sabiq əməkdaşı İstanbulda qollu oyun gözləyir:

“Bu il Türkiyə kubokunda final matçının tərkibi kifayət qədər gözlənilməzdir. “Kayserispor” milli çempionatı 14-cü yerdə başa vurub. Kubokda isə Hikmət Karamanın yetirmələri şir kimi döyüşürdülər. Onlar ardıcıllıqla “Fənərbaxça”, “Beşiktaş” və yenicə çempion olan “Trabzonspor”u mübarizədən kənarlaşdırıblar. “Kayserispor”un liderləri seneqallı vinger Mame Tiam və İsveçrə yığmasının təcrübəli hücumçusu Mario Qavranoviçdir.

“Sivasspor”un da başa çatacaq mövsümdə öyünüləcək bir şeyi yoxdur. Son illərdə mütəmadi olaraq avrokuboklara çıxan komanda Superliqanı 10-cu pillədə başa vurub. Bu da onunla bağlıdır ki, “Sivasspor”un liderləri yavaş-yavaş qocalır. Bu ilk növbədə 36 yaşlı mərkəz hücumçusu Mustafa Yatabare və 34 yaşlı vinger Maks Qradelə aiddir. Buna baxmayaraq, məhz onlar hələ də komandanın hücumdakı oyun cizgilərini müəyyənləşdirirlər. 

Superliqanın mayın 21-də keçirilən son turunda “Sivasspor” “Kayserispor”a 2:1 hesabı ilə qalib gəlib. Bukmekerlər finalda favorit görmür. Onlarla razılaşmaq olar. Ona görə də hər iki komandanın qol vuracağını təxmin edirəm.

Proqnozum: Q/Q
 

writer photo
Əlirza Əlirzalı
0