"Antalyaspor"un hücumçusu Saqiv Yehezkel nəzarətə götürülüb.
Apasport.az xəbər verir ki, israilli futbolçu "Antalyaspor" - "Trabzonspor" (1:1) matçında fərqləndikdən sonra qol sevincinə görə heyətdən kənarlaşdırılıb.
Yehezkel qol vurduqdan sonra biləyində “100 gün... 7 oktyabr” sözlərini göstərib. Bu, Qəzza ilə müharibənin başladığı tarix və müharibənin 100-cü gününə bir işarə idi.
Bundan sonra Türkiyə təmsilçisi futbolçunu heyətdən çıxarıb.
Həmçinin, Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, futbolçu barəsində istintaq başladılıb.
Qeyd edək ki, Yehezkel polis bölməsindəki prosedurlardan sonra günorta saatlarında ədliyyəyə aparılacaq.