“Real”dan səfərdə əzmkar qələbə
06.02.2025 - 02:08
“Real”dan səfərdə əzmkar qələbə

İspaniya kubokunun 1/4 finalının oyunları davam edir.

Apasport.az xəbər verir ki, “Real Madrid” səfərdə “Leqanes”in qonağı olub.

İlk dəqiqələrdən üstünlüyü ələ alan qonaqlar rəqib qapısına 2 dəfə yol tapa biliblər. 18-ci dəqiqədə Luka Modriçin və 25-ci dəqiqədə Endirikin vurduğu qollarla "Real" ilk hissəni qalib başa vurub. "Leqanes" ikinci hissədə hesabı bərabərləşdirsə də, bu yetərli olmayıb.

"Kral klubu" Fran Qarsiyanın 90 dəqiqəyə əlavə olunmuş vaxtda vurduğu qolla adını yarımfinala yazdırıb.

Qeyd edək ki, 1/4 finalın ilk matçında "Atletiko" "Xetafe" üzərində 5:0 hesabı ilə qələbə qazanb.

İspaniya kuboku
1/4 final

00:00. “Leqanes” – “Real Madrid” – 2:3

Qollar: L. Modriç, 18, Endrik, 25, Q. Qarsiya, 90+3, X. Kruz, 39, 59

writer photo
Əlirza Əlirzalı
0