Mbappe "Qızıl top" sorğusunda kimə səs verəcəyini açıqladı
07.10.2023 - 15:58
Mbappe "Qızıl top" sorğusunda kimə səs verəcəyini açıqladı

Kilian Mbappe 2022/23 mövsümü üçün "Qızıl top" sorğusunda kimə səs verəcəyini açıqlayıb.

Apasport.az xəbər verir ki, PSJ-nin hücumçusunun favoriti argentinalı Lionel Messidir.

 “Qızıl top” sorğusunda Leo Messiyə səs verəcəyəm. Fərdi olaraq o, ilin ən yaxşı oyunçusu idi və bu mükafata layiqdir” deyə 24 yaşlı futbolçu bildirib.
Mbappe və Messi 2021-2023-cü illərdə PSJ-də birgə çıxış ediblər. Bu ilin iyulunda 36 yaşlı argentinalı "İnter Mayami"yə keçib.

Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da Parisdə  keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0