PSJ Luis Enrike ilə müqavilə yeniləyəcək
07.02.2025 - 18:20
![PSJ Luis Enrike ilə müqavilə yeniləyəcək](https://ww3.apasport.az/storage/news/2025/february/07/big/67a616b22c91667a616b22c917173893803467a616b22c91467a616b22c915.jpg)
PSJ rəhbərliyi komandanın baş məşqçisi Luis Enrike ilə müqavilənin müddətini artırmaq niyyətindədir.
Apasport.az xəbər verir ki, parislilər ispan mütəxəssislə 2027-ci ilin yayına qədər yeni müqavilə imzalayacaq.
Müqavilənin imzalanmasının yaxın vaxtlarda elan ediləcəyi gözlənilir.
54 yaşlı mütəxəssisin klubla hazırki sözləşməsi cari mövsümün sonuna qədərdir.
Qeyd edək ki, Enrike 2023-cü ilin iyul ayından Fransa klubunu çalışdırır.
0
0