PSJ-ni 4 milyard avroya satmadı - SƏBƏB
22.11.2022 - 22:47
PSJ-ni 4 milyard avroya satmadı - SƏBƏB

PSJ-nin sahibi və prezidenti Nasser El Xelaifi klubu satmaq təklifini rədd edib.

Apasport.az saytının məlumatına görə, bunu qətərli iş adamı özü açıqlayıb.

O, bildirib ki, Paris klubunun kiçik bir hissəsini satmağın əleyhinə deyil: “4 milyard avrodan çox təklif etdilər. Klubu tamamilə satmaq fikrində deyilik, amma kiçik bir faizi niyə də olmasın? Müxtəlif təkliflər üzərində düşünürük. PSJ-ni 70 milyon avroya almışıq. İndi onun dəyəri 4 milyard avrodan çoxdur”.

Qeyd edək ki, Nasser El Xelaifi 2011-ci ildən PSJ-yə rəhbərlik edir.
 

writer photo
Əlirza Əlirzalı
0