Qattuzodan qeyri-adi tərif: “Qızıma yaraşır”
05.09.2022 - 23:14
Qattuzodan qeyri-adi tərif: “Qızıma yaraşır”

“Valensiya”nın baş məşqçisi Cennaro Qattuzo yenidən diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis futbolçusu Toni Latonu tərifləyib.

Qattuzo “Xetafe” üzərində 5:1 hesablı qələbədən sonra oyundakı ilk qolun müəllifini qeyri-adi şəkildə tərif edib: “Qızımın 18 yaşı var. Amma Toni Lato ona ideal şəkildə yaraşır. Siz özünüz görə bilərsiniz ki, Toni necə ciddi və zəhmətkeş insandır”.

Qeyd edək ki, dörd turdan sonra 6 xala malik “Valensiya” 10-cu pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0