"Roma" "Real"ın sabiq baş məşqçisi ilə danışıqlar aparır
08.04.2024 - 17:32
"Roma" "Real"ın sabiq baş məşqçisi ilə danışıqlar aparır

Yanvarda Daniele de Rossinin təyinatından sonra "Roma"da vəziyyətin yaxçılaşmasına baxmayaraq, gənc mütəxəssisin növbəti mövsümdə baş məşqçi olaraq qalacağı dəqiq deyil.

Apasport.az xəbər verir ki, "Roma" tanınmış məşqçi Manuel Pelleqrini ilə əlaqə saxlayır.

Məlumata görə, “Betis”in hazırkı "sükançı"sı həftəsonu “Roma”nın “Latsio”ya 1:0 hesabı ilə qalib gəldiyi paytaxt derbisini izləyib. Oyundan sonra Pelleqrini "qurdlar"ın liderləri ilə danışıb.

Qeyd edək ki, əvvəllər “Real Madrid” və “Mançester Siti”ni çalışdırmış çililinin ətrafındakılar “Roma” ilə əlaqələri inkar edirlər.
 

writer photo
Əlirza Əlirzalı
0