“Ter Stegen nümunədir, ona görə də o, kapitanımızdır. “Barselona”ya sədaqət bu şəkildə göstərilir”.
Apasport.az saytı xəbər verir ki, klub prezidentinin müşaviri Enrik Masip qapıçı Mark-Andre ter Ştegenin komandanın kapitanı olmasının səbəbini açıqlayıb.
31 yaşlı almaniyalının 9 mövsümdür komandanın uğurları üçün tər tökdüyünü deyən klub funksioneri, bu detalın belə bir səbəb olmaq üçün kifayət etdiyini deyib. Qolkiperin komandanın gənc futbolçuları üçün bir örnək təşkil etdiyini bildirən müşavir qərarlarının arxasında olduqlarını bildirib: “Ter Ştegen komandada oynamağa davam etmək və töhfə vermək istəyir. O, sözdə deyil, əməldə sadiqdir”.
Qeyd edək ki, çərçivə qoruyucusu avqustda ispanlarla müqaviləsini 2028-ci ilə qədər uzadıb.