Türkiyə kuboku: “Alanyaspor” və “Göztəpə”dən evdə qələbə
07.02.2025 - 00:22
Türkiyə kuboku: “Alanyaspor” və “Göztəpə”dən evdə qələbə

Türkiyə kubokunda II turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, “Alanyaspor” öz meydanında “Karagümrük”ü qonaq edib.

Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər matçında isə, “Göztəpə” evində “Qaziantepspor”u minimal hesabla məğlub etməyi bacarıb – 1:0.

Türkiyə kuboku
II tur

19:30. “Alanyaspor” – “Karagümrük” – 4:1
21:45. “Göztəpə” – “Qaziantepspor” – 1:0

writer photo
Əlirza Əlirzalı
0