“Vest Hem” Hoylund ilə maraqlanır
08.02.2025 - 12:56
“Vest Hem” Hoylund ilə maraqlanır

İngiltərə Premyer Liqası təmsilçilərindən "Vest Hem"in hücumçu axtarışı davam edir.

Apasport.az xəbər verir ki, komanda "Mançester Yunayted" forması geyinən Rasmus Hoylundu heyətinə qatmağı planlaşdırır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bildirilib ki, "çəkiclilər" hazırki forvardları Maykl Antonio və Nikolas Fülkruqun yaxşı nəticələr əldə edə bilmədiyini düşünür.

"Yunayted" oyunçu üçün 40 milyon avrodan yuxarı təklif gələcəyi təqdirdə Hoylundu satmağı planlaşdırır.

Qeyd edək ki, 22 yaşlı danimarkalı bu mövsüm "qırmızı şeytanlar"ın heyətində çıxış etdiyi 31 rəsmi matçda 7 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0