Elvin Məmmədov: “Bilirik ki, çatışmayan cəhətlər var”
06.02.2025 - 21:50
Elvin Məmmədov: “Bilirik ki, çatışmayan cəhətlər var”

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Səbail" - "Qarabağ" matçından (0:1) sonra ev sahiblərinin baş məşqçisi Elvin Məmmədovun mətbuat konfransı keçirilib.

"Komandanı apardığı mübarizəyə görə təbrik edirəm. "Qarabağ" həm Azərbaycan çempionatında, həm Avropada öz sözünü demiş komandadır. Yaxşı oyun oldu. Bu matçı unutmalıyıq. 4 gündən sonra çempionatda "Qarabağ"la oyunumuz var. Həmin qarşılaşmaya hazırlaşacağıq".

- "Səbail" qış fasiləsindən sonra yaxşı oyun nümayiş etdirir. Daha da irəli getmək üçün nə çatmır?
- Fasilədən sonra komandada oyundan-oyuna inkişaf var. Bilirik ki, çatışmayan cəhətlər var. Çempionatda daha da yaxşı nəticələr əldə etmək istəyirik. Bu gün "Qarabağ"a qarşı layiqli mübarizə apardıq.

writer photo
Əlirza Əlirzalı
0