"Qalatasaray" - "Fənərbaxça" derbisinin tarixi məlum oldu
                    
                    11.02.2025 - 19:22
                        
                    
                    Türkiyə Superliqasının XXIV turunda qarşılaşacaq olan "Qalatasaray" - "Fənərbaxça" matçının tarixi açıqlanıb.
Apasport.az xəbər verir ki, görüş 24 fevral Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Qeyd edək ki, "Şükrü Saracoğlu" stadionunda keçirilən ilk derbi “Qalatasaray”ın 3:1 hesablı qələbəsi ilə nəticələnmişdi.
                                
                                0
                                
                                0