Sabiq “Siti”li İsveçrə klubunda - rəsmi
12.02.2025 - 02:08
Sabiq “Siti”li İsveçrə klubunda - rəsmi

Fransa millisi və “Mançester Siti”nin sabiq futbolçusu Benjamin Mendi karyerasını İsveçrədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, futbolçu "Sürix"ə transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

Oyunçu İsveçrə təmsilçisinin heyətində 3 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 30 yaşlı fransalı karyerası ərzində "Monako", "Mançester Siti", "Lorient" kimi komandaların şərəfini qoruyub.