Azərbaycan yığmasının sabiq baş məşqçisi Türkiyənin “Qalatasaray” klubunu çalışdırmaq istəyir
08.04.2008 - 14:30
Azərbaycan yığmasının sabiq baş məşqçisi Türkiyənin “Qalatasaray” klubunu çalışdırmaq istəyir
Türkiyəyə gələn S.Özkəskin onun Superliqa klublarında işləmək istədiyini bildirib. Braziliya yığmasının heyətində dünya çempionu olan mütəxəssis ilk növbədə baş məşqçi axtarışında olan “Qalatasaray” klubuna rəhbərlik etmək arzusundadır.
Xatırladaq ki, K.A.Torres 2004-cü ilin fevralından 2005-ci ilin iyununadək Azərbaycan yığmasına başçılıq edib. Milli komandamızın tarixinə ilk əcnəbi baş məşqçi kimi düşən 64 yaşlı mütəxəssis Polşaya Bakıda 0:3 hesabı ilə uduzduğumuz oyundan sonra istefaya göndərilib.
0