Uli Ştilike: “Azərbaycan yığmasında işləmərəm”
16.04.2008 - 15:08
Uli Ştilike: “Azərbaycan yığmasında işləmərəm”
“Bəli, yenə milli komandada fəaliyyət göstərmək fikrindəyəm. Lakin Azərbaycan yığmasında işləmərəm. Ən əsası ona görə ki, Azərbaycan dilini də bilmirəm”.
Futbolçu karyerasında Almaniya yığmasında 42 oyun keçirən U.Ştilike 1980-ci ildə Avropa çempionatının qızıl, 1982-ci ildə dünya çempionatının gümüş medalını qazanıb. 1998-2000-ci illərdə Almaniya millisində B.Foqtsu əvəzləyən Erik Ribbekin köməkçisi olub.
Qeyd edək ki, U.Ştilike Kot d’İvuardan kənarlaşdırandan iki ay əvvəl B.Foqts Nigeriya millisindən istefaya göndərilib.
0