“Masallı” “Olimpik”lə oyuna ciddi itkilərlə çıxacaq
18.04.2008 - 13:24
“Masallı” “Olimpik”lə oyuna ciddi itkilərlə çıxacaq
Lənkəran. Mehman Süleymanov – APA-Sport. “Masallı” klubu Azərbaycan Premyer Liqanın XXII turu çərçivəsində “Olimpik”lə sabahkı görüşə ciddi itkilərlə çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, qapıçı Anar Niftəliyev, olimpiya yığmamızın üzvü Arif Daşdəmirov və braziliyalı Çelso Fereyra zədə səbəbindən liderə qarşı oynamayacaq. “Masallı”nın baş məşqçisi Fazil Əsədov digər braziliyalı yarımmüdafiəçi Osmar Siqueyranın də xidmətindən istifadə edə bilməyəcək. 18 yaşlı futbolçu anası xəstə olduğundan vətəninə yollanıb.
0