Rəşad Sadıqov: “Simurq”u məğlub etməkdən başqa çıxış yolumuz yoxdur”
18.04.2008 - 14:51
Rəşad Sadıqov: “Simurq”u məğlub etməkdən başqa çıxış yolumuz yoxdur”
Onun sözlərinə görə, Premyer Liqanın XXII turu çərçivəsində “Simurq”a qarşı keçiriləcək matçın nəticəsinə meydançanın vəziyyəti təsir göstərə bilər: “Ev oyunlarını Qaxda keçirən “Simurq”u öz meydanında məğlub etmək çətindir. Həm də nəzərə alaq ki, Qaxda meydançanın vəziyyəti yaxşı deyil. Bu amil matçın nəticəsinə təsir göstərə bilər. “Neftçi” kimi texnikalı, hücuma meylli komandaya bərbad ot örtüyünə malik stadionda oynamaq problem yaradır. Ancaq bizim başqa çıxış yolumuz yoxdur. Lider “Olimpik”lə son turda xal itirdiyimizdən mütləq qələbə qazanmalıyıq”. İlk dövrədə “Simurq”u 2:1 hesabı ilə məğlub etdikləri görüşdə penalti zərbəsini dəqiq yetirməklə, komandasına qələbə qazandıran 26 yaşlı futbolçu bildirib ki, sabahkı oyunu ukraynalıların qarşıdurması kimi xarakterizə etmək mümkündür: “Doğma meydanda “Simurq”u çətinliklə məğlub etdik. Rəqibin yeganə qolunun müəllifi olan ukraynalı Vladimir Mazyarı şanslı hücumçu sayıram. O, əlinə düşən qol imkanlarından maksimum istifadə edir. Ümumiyyətlə, “Simurq”da ukraynalılar çoxluq təşkil edir. İkinci dövrədə komandamızın sükanı arxasına Anatoli Demyanenkonun gəldiyini nəzərə alsaq, sabah iki ukraynalı mütəxəssisin qarşıdurması olacaq”.
Qeyd edək ki, “Neftçi” indiyədək “Simurq”la hər dörd görüşdə minimal fərqli qələbəyə nail olub.
0