Sabiq FİFA hakimi Zöhrab Qədiyev 942 gündən sonra oyun idarə edəcək
18.04.2008 - 16:42
Sabiq FİFA hakimi Zöhrab Qədiyev 942 gündən sonra oyun idarə edəcək
Bakı. Mehman Süleymanov – APA-Sport. AFFA-nın hakimliyə qaytardığı Zöhrab Qədiyev üç illik fasilədən sonra ilk təyinat alıb. “APA-Sport” agentliyinin məlumatına görə, 44 yaşlı sabiq FİFA hakimi bağışlandıqdan sonra Azərbaycan çempionatının birinci divizionuna təyinat alıb. Z.Qədiyev aşağı dəstədə final mərhələsi çərçivəsində Salyanın NBC və Qusarın “Şahdağ” klubları arasında aprelin 21-də keçiriləcək görüşü idarə edəcək. Ona FİFA laynsmanları Aydın Ələkbərovla İlham Əliyev yardım edəcək. Matç Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək ki, buna da səbəb NBC-nin stadionunda yenidənqurma işlərinin aparılmasıdır. Z.Qədiyev 2005-ci ilin sentyabrın 13-də, yəni 942 gün öncə “Neftçi” - “Şahdağ” oyunundakı səhvləri ucbatından hakimlikdən ömürlük uzaqlaşdırılmışdı.
0