Rasim Kara: “Nəhayət, “İnter” üzərində qələbə qazanacağıq”
18.04.2008 - 17:25
Bakı. Mehman Süleymanov – APA-Sport. “Mükafatçılar sırasına düşmək şansımızın qalmasa da, “İnter”lə oyun bizim üçün önəmlidir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Rasim Kara deyib. Türkiyəli çalışdırıcı bildirib ki, Premyer Liqanın yarış cədvəlində 6-cı pillədə qərarlaşan komandanın irəliləmək imkanları var: “Bizdən bir sıra yüksəkdə yer alan “Simurq”u “Neftçi” ilə çətin sınaq gözləyir. Zaqatala təmsilçisindən cəmi bir xal geri qalırıq. “İnter”i məğlub etsək və “Simurq” büdrəsə, 5-ci pilləyə yüksələ bilərik. İkinci dövrədə uduzmamağımız yaxşı çıxış etməyimizin nəticəsidir. Bu uğurlu seriyanı “İnter”lə sabahkı matçda da davam etdirmək əzmindəyik. Sabah “Şəfa” stadionunda azarkeşlərin baxımlı oyun izləyəcəyini düşünürəm”. Heç bir rəqibdən çəkinmədiyini deyən R.Kara “İnter”i yaxşı tanıdığını söyləyib: “İnter”lə ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində bərabər mübarizə apardıq. İki oyunun nəticəsinə görə yalnız minimal fərqlə uduzaraq, turnirdən kənarda qaldıq. Həmin kubok matçında üzücü qollar buraxdıq. Özümüz isə yüz faizli qol imkanlarını boşa verdik. Bundan ciddi nəticə çıxartmışıq və belə şeyləri təkrarlamayacağıq. Nəhayət, “İnter” üzərində qələbə qazanacağıq”.
Qeyd edək ki, “İnter”lə “Xəzər-Lənkəran”ın baş məşqçisi kimi də üz-üzə gələn R.Kara 9 oyunda rəqibi məğlub edə bilməyib.
Qeyd edək ki, “İnter”lə “Xəzər-Lənkəran”ın baş məşqçisi kimi də üz-üzə gələn R.Kara 9 oyunda rəqibi məğlub edə bilməyib.
0
0