Silvio Berluskoni: “Milan”ın prezidenti postunu tərk etməliyəm”
23.04.2008 - 17:44
Silvio Berluskoni: “Milan”ın prezidenti postunu tərk etməliyəm”
Milan. Elşən Məmmədov-APA-Sport. İtaliyanın yeni baş naziri seçilən Silvio Berluskoni mayın əvvəlində vəzifəsinin icrasına başlayan kimi “Milan” klubunun prezidenti postunu tərk edəcəyini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, S.Berluskoni az öncə keçirilən parlament seçkisində rəhbərlik etdiyi sağ-mərkəzçi “Xalq azadlığı” blokunun qələbə qazanmasından sonra iki vəzifəni yerinə yetirməsinin qeyri-mümkünlüyünü söyləyib: “Çox təəssüf ki, “Milan”ın prezidenti postunu tərk etməliyəm. İki vəzifəni yerinə yetirə bilmərəm”.
Qeyd edək ki, S.Berluskoni “Milan”a 1986-cı ildən başçılıq edir. O, 2001 - 2006-cı illərdə də İtaliyanın baş naziri olub.
0