Meho Kodro: “Bizi Azərbaycanla asan oyun gözləmir”
23.04.2008 - 18:07
Bir neçə ay əvvəl bu posta təyin olunan “Barselona”nın sabiq oyunçusu qarşıdakı oyunları dəyərləndirib: “Rəqiblərin gücünə bələdəm. Polşa haqda danışmağa ehtiyac yoxdur. Arxada qalan dünya çempionatının və bir neçə aydan sonra keçiriləcək qitə birinciliyinin iştirakçısıdır. Azərbaycan millisi də xoş sözlərə layiqdir. Rəqib təxminən Estoniya və Ermənistan kimi komanda olduğundan bizi heç də asan oyun gözləmir”. Mayın 27-də Almaniyanın Ştutqart şəhərində Polşa ilə qarşılaşacaq Bosniya və Herseqovinanın yığmamızla harada görüşəcəyini M.Kodro özü də bilmir: “Matçın harada baş tutacağı aprelin 29-da dəqiqləşəcək. Lakin iki variantın olduğunu söyləyə bilərəm: Sarayevo və Zenitsa”.
0
0