“Neftçi”nin bolqarıstanlı yarımmüdafiəçisi müayinə üçün Almaniyaya gedib
11.08.2008 - 17:31
“Neftçi”nin bolqarıstanlı yarımmüdafiəçisi müayinə üçün Almaniyaya gedib
Bakı. Mehman Süleymanov – APA-Sport. “Neftçi”nin komandasını bolqarıstanlı yarımmüdafiəçisi Svetoslav Stefanov yenidən Almaniyaya gedib. “APA-Sport” agentliyinin məlumatına görə, məşqdə çiynindən zədə alan 30 yaşlı futbolçu müayinədən keçmək məqsədilə bu ölkəyə yollanıb. Ötən mövsümün sonuna yaxın çiynindən zədə alan S.Stefanov xeyli müddətdir meydandan kənarda qalıb. O, bu ilin mayında Almaniyada cərrahiyyə əməliyyatı olunub.
Bir həftə öncə Türkiyənin İstanbul şəhərinə müayinəyə yollanan “Neftçi”nin hücumçusu Samir Əliyev isə artıq Bakıya qayıdıb. Həkimlər orada bir neçə gün bərpa prosesi keçən 29 yaşlı futbolçuya komanda ilə birgə məşq etməsinə icazə veriblər.
Qeyd edək ki, S.Əliyevlə S.Stefanov zədə səbəbindən İntertoto kuboku oyunlarında “Neftçi”yə kömək edə bilməyib.
0