“Xəzər-Lənkəran” - “Turan” oyunu təxirə salınıb
12.08.2008 - 11:09
“Xəzər-Lənkəran” - “Turan” oyunu təxirə salınıb
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində avqustun 16-da keçirilməsi nəzərdə tutulan “Xəzər-Lənkəran” - “Turan” oyunu təxirə salınıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin sözlərinə görə, Lənkəran klubunun rəhbərliyinin bununla bağlı rəsmi müraciəti müsbət cavablanıb: “Xəzər-Lənkəran”ın həmin gün Türkiyənin İstanbul şəhərində “İsmət İnönü” stadionunda “Beşiktaş”la qarşılaşması olacaq. Bu, hər iki komandanda çıxış etmiş türkiyəli hücumçu Oktay Dərəlioğlunun vida oyunudur. “Xəzər-Lənkəran” - “Turan” görüşü təqvimdə nəzərdə tutulan qarşıdakı ehtiyat gündə keçiriləcək”. Premyer Liqanın 2008/09 mövsümünün təqvimində ilk ehtiyat gün sentyabrın 13-də olacaq ki, “Xəzər-Lənkəran”ın “Turan”la öz meydanında keçirəcəyi oyun həmin gün baş tutacaq.
Qeyd edək ki, Lənkəran təmsilçisi 3-cü turda avqustun 24-də “Bakılı”nın qonağı olacaq.
0