Aleks Ferqüsson Avropanın ən güclü məşqçisi seçilib
12.08.2008 - 11:51
Aleks Ferqüsson Avropanın ən güclü məşqçisi seçilib
Bakı. Elşən Məmmədov – APA-Sport. Avropa İdman Nəşrləri Assosiasiyası (ESM) 2007-2008 mövsümünün yekunlarına əsasən, qitənin ən güclü məşqçilərini müəyyənləşdirib. “APA-Sport”un məlumatına görə, Avropanın aparıcı idman qəzetləri və jurnallarının qatıldığı sorğuda “Mançester Yunayted” komandasının baş məşqçisi Aleks Ferqüsson birinci yeri tutub. Avropa çempionu İspaniya millisinin sabiq, Türkiyənin “Fənərbağça” komandasının hazırkı baş məşqçisi Luis Araqones ikinci olub. Üçüncü yerə isə Rusiya yığmasının hollandiyalı çalışdırıcısı Quus Hiddink layiq görülüb. Q. Hiddinkin həmyerlisi Dik Advokat (“Zenit”, Rusiya) dördüncü, Türkiyə millisinin baş məşqçisi Fatih Terim isə beşinci pillədə qərarlaşıb.
0