Azərbaycan futbol yığması Belarusun BATE komandasını məğlub edib
12.08.2008 - 11:52
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycanın aşağı yaş qruplarından ibarət yığma komandaları Belarusun paytaxtı Minskdə keçirdiyi hazırlıq təlim-məşq toplanışında ilk yoxlama oyunlarına çıxıblar. “APA-Sport”un məlumatına görə, Yaşar Vahabzadənin çalışdırdığı 19 yaşlılardan ibarət yığmamız Belarus çempionu BATE klubunun nəzdindəki həmyaşıdlarından ibarət komandanı 2:0 hesabı ilə məğlub edib. Rəqibin qapısından topları Zahid Quliyev və Ramin Rəhimzadə keçirib. Almaniyalı mütəxəssis Oliver Pilzerin rəhbərlik etdiyi 15 yaşlılardan ibarət yığmamız isə Belarusun “Dinamo” klubunun nəzdində həmyaşıdlarından ibarət komanda ilə qarşılaşıb. 2:2 hesabı ilə başa çatan oyunda yığmamızın vurduğu qolların müəllifləri Samir Mirzəli və Aleksandr Qross olub. Rəqib isə hər iki qolu penalti zərbəsindən vurub.
Qeyd edək ki, avqustun 7-də Minskdə başlayan hazırlıq prosesində almaniyalı mütəxəssis Bernard Lippertin baş məşqçisi olduğu 17 yaşlılardan ibarət yığmamız da iştirak edir.
Qeyd edək ki, avqustun 7-də Minskdə başlayan hazırlıq prosesində almaniyalı mütəxəssis Bernard Lippertin baş məşqçisi olduğu 17 yaşlılardan ibarət yığmamız da iştirak edir.
0
0