“Neftçi” daha bir türkiyəli futbolçu ilə müqavilə imzalayıb
12.08.2008 - 12:30
“Neftçi” daha bir türkiyəli futbolçu ilə müqavilə imzalayıb
Bakı. Mehman Süleymanov – APA-Sport. “Neftçi” futbol komandası daha bir türkiyəli oyunçunu transfer edib. APA-Sport” agentliyinin məlumatına görə, dördqat Azərbaycan çempionu Türkiyə Super liqasında çıxış edən müdafiəçi Suat Usta və hücumçu Əli Cansunun ardınca yarımmüdafiəçi Ləvənt Qartopla da iki illik müqavilə imzalayıb. 1979-cu ildə Dənizlidə anadan olan futbolçu Türkiyə Super liqasında “Dənizlispor”, “Ankaragücü” və “Konyaspor” komandalarının şərəfini qoruyub. 2006/07 mövsümünü “Antalyaspor”da keçirən L.Qartop Ə.Cansunla komanda yoldaşı olub. “Neftçi”yə “Adana Dəmirspor”dan gələn yarımmüdafiəçi son mövsümdə bu komandanın heyətində Türkiyə çempionatının 2-ci liqasında çıxış edib.
Qeyd edək ki, L.Qartop olimpiya yığmamızın 2002-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İstanbulda “Şükrü Saracoğlu” stadionunda Türkiyəyə böyük hesabla uduzduğu (0:3) görüşün iştirakçısı olub.
0