AFFA 7 klubu cəzalandırıb
12.08.2008 - 14:03
AFFA 7 klubu cəzalandırıb
Bakı. Mehman Süleymanov – APA-Sport. Bu gün AFFA Nizam-İntizam Komitəsinin (NİK) iclası keçirilib. “APA-Sport”un məlumatına görə, cari mövsümdə birinci dəfə keçirilən NİK Premyer Liqanın ilk turunda baş verən xoşagəlməz olaylara hüquqi qiymət verib. “Standard”, MOİK, “Karvan” və “Qəbələ” klubları futbolçuları nəzərdə tutulduğundan artıq sarı vərəqə aldığına görə hər biri 1000 manat məbləğində cərimələnib. NBC və “Bakılı” klubları isə əvəzedici komandalarına görə ziyana düşüblər. Onlar əvəzedicilərində çıxış edən oyunçuları nəzərdə tutulduğundan artıq sarı vərəqə aldığına görə hərəyə 500 manat cərimə məbləği ödəyəcəklər. Əsas komandalardan fərqli olaraq, əvəzedicilərdə cərimənin məbləği iki dəfə azdır. Əvəzedicilərin çempionatında çıxış edən Nicat Baxşıyev (“Olimpik”), Nicat Həbibov və Elvin Qurbanov (hər ikisi “Xəzər-Lənkəran”) ilk turda aldıqları qırmızı vərəqəyə görə hərəyə 100 manat məbləğində cərimələniblər.
Qeyd edək ki, NİK-in bugünkü iclasında kəsilən cərimələrin məbləği 5300 manat təşkil edib.
0