Uels-Azərbaycan matçının hakimləri müəyyənləşib
12.08.2008 - 17:56
Uels-Azərbaycan matçının hakimləri müəyyənləşib
Bakı. Elşən Məmmədov – APA-Sport. Futbol üzrə 2010-cu il dünya çempionatının 4-cü seçmə qrupunda yer alan Azərbaycan milli komandasının səfərdə Uels yığması ilə keçirəcəyi qarşılaşmanın hakimləri müəyyənləşib. «APA-Sport» agentliyinin məlumatına görə, sentyabrın 6-da Uelsin paytaxtı Kardiff şəhərində baş tutacaq görüşə makedoniyalı FİFA referisi Aleksandr Stavrev təyinat alıb. Ona həmyerliləri Maryan Kirovski və Lyubomir Krstevski yan xətt, Dimitar Mekrakovski isə dördüncü hakim kimi kömək edəcəklər. Matçın hakim-inspektoru Laslo Vaqner (Macarıstan), FİFA nümayəndəsi isə Gerhard Sager (İsveç) olacaq.
Qeyd edək ki, «Millenium» stadionunda təşkil ediləcək Uels – Azərbaycan matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
0