Azərbaycan futbol yığması yoldaşlıq görüşündə heç-heçə oynayıb
16.08.2008 - 10:43
Azərbaycan futbol yığması yoldaşlıq görüşündə heç-heçə oynayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-15) Belarus çempionu BATE-nin yeniyetmələrdən təşkil olunmuş komandası ilə qarşılaşıb. “APA-Sport” agentliyinin məlumatına görə, Belarusun paytaxtı Minskdə keçirilən yoldaşlıq görüşü heç-heçə nəticələnib. Tərəflər hərəyə bir dəfə fərqləniblər. Almaniyalı Oliver Pilzerin başçılıq etdiyi milli komandamızın yeganə qolunu Ağabala Ramazanov vurub.
0