Azərbaycan hakimləri həvəskarlar futbolçuların turnirinə dəvət alıblar
16.08.2008 - 12:36
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan hakimləri UEFA Regional Kubokunun oyunlarına dəvət alıblar. “APA-Sport” agentliyinin məlumatına görə, FİFA referisi Vüsal Əliyev və Munis Abdullayev həvəskar komandalar arasında keçiriləcək qitə miqyaslı turnirdə iştirak edəcəklər. Onlar yarışın birinci təsnifat mərhələsinin İsraildə keçirilən oyunlarında ədalət prinsiplərini qoruyacaqlar. Bu qrupda meydan sahibləri, eləcə də Çexiya, Malta və Uels təmsilçiləri 3-7 sentyabr aralığında mübarizə aparacaqlar. V.Əliyevlə M.Abdullayevin konkret hansı oyunlarda hakimlik edəcəkləri hələlik müəyyənləşməyib.
0
0