“Beşiktaş”ın baş məşqçisi: “Xəzər-Lənkəran”la oyunda əvəzedici heyətin oyunçularını sınamaq şansı qazandıq”
18.08.2008 - 12:09
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “UEFA kubokunun “Şiroki Briyeq”lə Bosniya və Herseqovinada keçirilən matçında meydana çıxmayan futbolçulara “Xəzər-Lənkəran”la oyunda şans verməyə çalışdıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Oqtay Dərəlioğlunun vida oyunundan sonra Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Ərtoğrul Sağlam deyib. Türkiyəli mütəxəssis “Xəzər-Lənkəran”la qarşılaşmadan razı qaldığını bildirib: “Əvəzedici heyətdən götürdüyümüz oyunçuları yoxlamaq şansı qazandıq. Gənc oyunçularımızın qələbə qazanması çox yaxşı oldu. Onların çox həvəsli olması bizi sevindirir. Ümumilikdə bu görüşdən çox faydalana bildik”.
Qeyd edək ki, İstanbulda keçirilən matçda “Beşiktaş” “Xəzər-Lənkəran” üzərində 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, İstanbulda keçirilən matçda “Beşiktaş” “Xəzər-Lənkəran” üzərində 4:0 hesablı qələbə qazanıb.
0
0