“Beşiktaş”ın iki futbolçusu “Xəzər-Lənkəran”ın təklifindən imtina edib
18.08.2008 - 12:35
Komandanın rəhbərliyi türkiyəli baş məşqçisi Rasim Karanın heyətdə görmək istədiyi İ. Üzülməz və İ. Toramanın “Xəzər-Lənkəran”a keçidi ilə bağlı başladığı danışıqlar erkən bitib. Belə ki, təklif üçün Azərbaycan təmsilçisinə minnətdarlıq edən “Beşiktaş”lı oyunçular “Xəzər-Lənkəran”da oynamaq istəmədiklərini bildiriblər. Futbolçular bu qərarlarını komandalarından ayrılmaq niyyətində olmamaları ilə izah ediblər.
0
0