Türkiyə yığmasının və “Fənərbaxça”nın sabiq oyunçusu “Bakı” komandasının məşqçisi təyin olunub
19.08.2008 - 11:55
Türkiyə yığmasının və “Fənərbaxça”nın sabiq oyunçusu “Bakı” komandasının məşqçisi təyin olunub
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Türkiyə yığmasının heyətində 19 oyun keçirən futbolçu “Bakı” komandasının məşqçisi təyin olunub. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxt təmsilçisinin 1992-99-cu il təvəllüdlülərdən ibarət uşaq komandalarına rəhbərlik edəcək Yüksel Kepoğlu bu gün yetirmələrini ilk məşqə çıxarıb. Azərbaycana gələnədək 3-cü dəstədə çıxış edən “Üsküdar Anadoluspor”un baş məşqçisi olan 40 yaşlı mütəxəssis zəngin futbolçu karyerasına malikdir. Türkiyənin müxtəlif yığma komandalarında üst-üstə 19 oyuna çıxan Y. Kepoğlu bir müddət “Fənərbaxça”nın da şərəfini qoruyub. 40 yaşlı mütəxəssis məşqçi kimi A lisenziyasına malikdir.
0