UEFA “Jerminal” - “Neftçi” oyunu ilə bağlı qərar çıxarıb
20.08.2008 - 11:49
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. UEFA “Jerminal” - “Neftçi” oyununun hakiminin şikayətinə baxıb. “APA-Sport” agentliyinin məlumatına görə, UEFA İntertoto kubokunun ikinci mərhələsində təmsilçimizin rəqibi olan Belçika klubunu 10 min avro cərimələyib. “Jerminal” azarkeşlərinin iyulun 5-də Antverpendə keçirilən oyun zamanı matçın hakimi serbiyalı Dejan Filipoviçə sözlərlə təzyiq etdiyi üçün cəzalanıb. Oyun boyu serbiyalının ünvanına müxtəlif təhqiramiz şüarlar səsləndirən belçikalılar “Kosovo, Kosovo” plakatını hakimin üstünə atıblar. Bütün bunlara dözməyən D. Filipoviç UEFA-ya şikayət etməyi lazım bilib. Avropa futbol qurumu azarkeşlərin hərəkətlərinə görə “Neftçi”nin rəqibini cəzalandırmağı qərara alıb. Qeyd edək ki, “Jerminal” – “Neftçi” matçı 1:1 hesabı ilə nəticələnmişdi.
0
0