“Neftçi”nin ukraynalı baş məşqçisi Anatoli Demyanenko istefaya göndərilir
20.08.2008 - 17:12
“Neftçi”nin ukraynalı baş məşqçisi Anatoli Demyanenko istefaya göndərilir
Flaqmanın yeni çalışdırıcısının almaniyalı mütəxəssis olacağı bildirilir. Belə ki, AFFA rəhbərliyi Azərbaycan futbolunun inkişaf yolu kimi «alman xətti»ni götürməyi qərara alıb. Bu səbəbdən, əsas milli və aşağı yaş qrupları üzrə yığmalarla yanaşı, aparıcı klubların sükanı arxasına da almaniyalı məşqçilərin gətirilməsi gündəmdədir.

A. Demyanenko isə «APA-Sport» agentliyinə açıqlamasında istefaya göndəriləcəyi barədə məlumatsız olduğunu bildirib: “Düzdür, bu yaxınlarda rəhbərliklə görüşüm olub. Amma çempionata ardıcıl iki məğlubiyyətlə başlamağımızı «İntertoto» kubokunda çıxışımızdan sonra yorğunluğumuz və hücumçu problemi ilə üzləşməyimizlə əlaqələndiriblər».

Baş məşqçi «Neftçi»nin yeni hücumçuları Levent Kartop və Əli Cansunun fiziki hazırlığının lazımi səviyyədə olmadığını vurğulayıb. O bildirib ki, rəhbərlik etdiyi komandanın uğurlu perspektivi üçün hücumçu problemi həll olunmalıdır.
0