Berti Foqts: “Bəzi futbolçuların oyunundan narazı qaldım”
21.08.2008 - 13:16
Berti Foqts: “Bəzi futbolçuların oyunundan narazı qaldım”
62 yaşlı mütəxəssis bildirib ki, milli komandamızın üzvləri ikinci hissədə zəif təsir bağışlayıblar: “Fasilədən sonra rəqib bizdən daha güclü idi. Məhz bu səbəbdən qapımıza qol vuruldu”. Almaniyalı məşqçi bəzi futbolçuların ümidləri doğrultmadığını söyləyib: “Kimlərdən narazı qaldığımı açıqlaya bilmərəm. Bunu mətbuata yox, futbolçuların özlərinə deyəcəyəm. Elə epizodlar olurdu ki, yetirmələrim kobud səhvlər buraxırdılar. Bununla belə, milli komandanın heyətində cavan oyunçuların olması məni sevindirir. Hazırda yığmada 20 yaşında 4 futbolçu var. Onlar Azərbaycan futbolunun gələcəyidir. Bu mənada Elvin Məmmədov və Nodar Məmmədovu xüsusi qeyd edə bilərəm”. B.Foqts vurğulayıb ki, Aleksandr Çertoqanov və Usim Ndukanın zədəsi kifayət qədər ciddidir: “Hər iki futbolçu həftəsonu ölkə çempionatında da oynaya bilməyəcəklər. Bəlkə onların yerinə yığmaya bir oyunçu cəlb etdik. Təəssüf ki, seçim məhdudluğu ilə üzləşmişik. Milli komandaya layiq cəmi 30 futbolçu var ki, bunlardan da bir neçəsi legionerdir. İstənilən halda, Uelslə rəsmi matça 19 oyunçu aparılacaq”. Avqustun 27-də İrana qarşı keçiriləcək yoldaşlıq görüşünün tam fərqli olacağını vurğulayan B.Foqts dünya çempionatının seçmə mərhələsidəki rəqibləri də unutmadıqlarını nəzərə çatdırıb: “Bizimlə pararlel yoxlama matçlarında qüvvələrini sınayan rəqiblərimizin oyunlarını izləyiblər. Yəni, həm Almaniya, həm Rusiya, həm Uels, həm də Finladiyada nümayəndələrimiz olub”.
Qeyd edək ki, Azərbaycan yığmasının İslandiya ilə səfərdə keçirdiyi yoldaşlıq görüşü heç-heçə (1:1) başa çatıb.
0