İslandiya milli komandasının baş məşqçisi azərbaycanlı jurnalistlərin suallarına cavab verməkdən yayınıb
21.08.2008 - 13:33
İslandiya milli komandasının baş məşqçisi azərbaycanlı jurnalistlərin suallarına cavab verməkdən yayınıb
Reykyavik. Aqşin Əliyev - APA-Sport. Azərbaycan futbol yığması ilə beynəlxalq yoldaşlıq görüşünün ardından keçirilmiş mətbuat konfransında İslandiya milli komandasının baş məşqçisi Olafur Yohannesson azərbaycanlı jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb. “APA-Sport” agentliyinin Reykyavikə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, gənc məşqçi nədənsə 1:1 hesabı ilə nəticələnən oyunla bağlı qonaqlara açıqlama vermək istəməyib. Əvəzində, O.Yohannesson yerli media təmsilçilərinin suallarını ətraflı cavablayıb. O, nəticəyə görə məyus olduğunu gizlətməyib: “Azərbaycan komandasına qalib gələcəyimizi düşünürdük. Ancaq proqnozlarımız düz olmadı”. Yığmamızı yaxşı, sürətli komanda kimi xarakterizə edən baş məşqçi vurğulayıb ki, İslandiyanın qələbəsi üçün konkret nəyin çatışmadığı məlum deyil: “Açığı, azərbaycanlıları nəyə görə məğlub edə bilmədiyimizi söyləməyə çətinlik çəkirəm. Halbuki ikinci hissədə üstünlük bizim tərəfimizdə idi. Heyif ki, bundan lazımınca yararlanmağı bacarmadıq”.


0