Rəşad Sadıqov: “İslandiya komandasına qarşı müasir futbol nümayiş etdirdik”
21.08.2008 - 15:41
Bakı Aqşin Əliyev - APA-Sport. “Fikrimcə, İslandiya ilə yoldaşlıq görüşündə nəticə oyuna görə oldu. Əvvəlkilərlə müqayisədə yığmanın həm heyətində, həm də oyun üslubunda irəliləyiş var”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında, futbol üzrə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib. 26 yaşlı futbolçu bildirib ki, yığmamız Reykyavikdə İslandiyaya qarşı keçirilmiş matçda (1:1) müasir futbol nümayiş etdirib: “Düzdür, ikinci hissədə nisbətən zəif nəzərə çarpırdıq. Hissənin əvvəlində hesabda önə keçsək də, rəqibin pressinqi ilə üzləşdik. Topa nəzarəti itirdiyimizdən islandiyalılar bərabərlik qolunu vurdular. Hərçənd, həmin dəqiqələrdə ötürmələrdə dəqiq olmalı, topu özümüzdə saxlamalı idik”. “Neftçi” klubunun üzvü öz oyunundan tam razı qalmayıb: “Adətən qarşılaşmanın videoyazısına baxıram, analiz edirəm. Bu dəfə islandiyalılarla görüşün videoyazısını izləyəcəyəm və hansı epizodlara düzəliş etməyin vacibliyini özüm üçün müəyyənləşdirəcəyəm”. R.Sadıqov vurğulayıb ki, dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 6-da Uelslə keçiriləcək oyunda milli komandamıza bir xal da sərf edir: “Uelslə matç heç də asan olmayacaq. Yaxşı olardı ki, dünya çempionatının seçmə mərhələsində uğurlu start götürək. Bizim üçün səfərdə bir xal qazanmaq da yetərlidir”.
İslandiya ilə görüşdə yığmamızın yeganə qolunun müəllifi Fabio Luis Ramim qələbəyə layiq olduğumuzu deyib: “Daha çox qol vura bilərdik. Amma şanslardan yararlana bilmədik. Obyektiv olsaq, Azərbaycan komandasının qələbəyə layiq olduğunu söyləməliyik. Yəqin ki, qalib gəlməyimizə səfərdə çıxış etməyimiz imkan vermədi”.
Milli komandamızın ən fəal üzvlərindən biri Elvin Məmmədov isə buraxılan qolda günahı olduğunu etiraf edib: “Təəssüf ki, islandiyalılar məhz mənim qaydanı pozmağımdan sonra fərqləndilər. Həmin epizodda rəqibə yox, topa toxunmuşdum. Yəni, hakim cərimə zərbəsi verməyə də bilərdi”. Buna baxmayaraq, 20 yaşlı yarımmüdafiəçi yığmada debüt matçının uğurlu alındığını düşünür: “İslandiyalılarla oyun istər mənim, istərsə də milli komanda üçün uğurlu oldu. Məndə özünəinam hissləri bir qədər də artdı. Baş məşqçi Berti Foqts məni tərifləsə də, arxayınlaşmıram. Əsas odur ki, yığmaya müəyyən qədər xeyrim dəyir”.

0
0