İliye Karp: “Legioner limitinin ləğvi Azərbaycan futboluna böyük xeyir verəcək”
22.08.2008 - 10:10
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Legioner limitinin ləğvi Azərbaycan futboluna böyük xeyir verəcək”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Qazaxıstanın “Jetısu” klubunun yeni baş məşqçisi İliye Karp deyib. 2006/07 mövsümündə Sumqayıtın “Gənclərbirliyi” komandasına rəhbərlik etmiş mütəxəssis Qazaxıstan mətbuatına verdiyi müsahibədə Azərbaycan futbolunun perspektivindən danışıb: “Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi düzgün addım ataraq, əcnəbi oyunçulara qoyulan limiti ləğv edib. Bundan sonra ölkə çempionatının səviyyəsi yüksələcək. Klublar ölkə xaricindən daha səviyyəli futbolçuları transfer edəcəklər”.
Qeyd edək ki, Rumıniya vətəndaşı olan İliye Karp “Gənclərbirliyi”ni tərk edəndən sonra Moldovanın gənclərdən ibarət yığmasını çalışdırıb.
Qeyd edək ki, Rumıniya vətəndaşı olan İliye Karp “Gənclərbirliyi”ni tərk edəndən sonra Moldovanın gənclərdən ibarət yığmasını çalışdırıb.
0
0