Azərbaycan Premyer Liqasının lideri “Neftçi”də baş məşqçi dəyişikliyini rəsmiləşdirə bilər
22.08.2008 - 11:16
Azərbaycan Premyer Liqasının lideri “Neftçi”də baş məşqçi dəyişikliyini rəsmiləşdirə bilər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sabah Azərbaycan Premyer Liqasının üçüncü turunun oyunlarına start veriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, liderlər qrupunda qərarlaşan komandalardan 3-ü növbəti oyununu öz meydanında keçirəcək. “Simurq” və “Qəbələ” xala həsrət olan klubları, müvafiq olaraq, MOİK və “Neftçi”ni sınağa çəkəcək. “Qəbələ” ilə qarşılaşma ukraynalı Anatoli Demyanenkonun “Neftçi”nin baş məşqçisi postunda sonuncu ola bilər. Flaqman ardıcıl 3 rəsmi matçda məğlubiyyətlə üzləşdiyindən əcnəbi mütəxəssisin istefası gündəmə gəlib. İndiyədək “Qəbələ”yə bütün oyunlarda qalib gələn bakılılar bu uğurlu seriyanı davam etdirməyə çalışacaqlar. İtkisiz irəliləyən digər iki komandanı da çətin oyun gözləyir. Cari mövsümdə birinci dəfə səfərə çıxan “Karvan” “Olimpik”lə görüşəcək. Bu qarşılaşmada tərəflərdən birinin seriyası qırılacaq. Belə ki, ilk iki turda yevlaxlılar qələbə, paytaxt klubu isə heç-heçələri sıralayıb. “Karvan” kimi, qapısından hələ də qol buraxmayan “Bakı” ölkə çempionu “İnter”i qəbul edəcək.

III tur

23 avqust

“Standard” - “Qarabağ”

Baş hakim: Zöhrab Qədiyev
Bakı. “Şəfa” stadionu. Saat 21:00

“Simurq” - MOİK
Baş hakim: Elçin Məmmədov
Qax. Şəhər stadionu. Saat 18:00

“Turan” - NBC
Baş hakim: Azad Mütəllimov
Tovuz. Şəhər stadionu. Saat 18:00

24 avqust

“Bakılı” - “Xəzər-Lənkəran”

Baş hakim: Əfqan Həmzəyev
Bakı. Zabrat qəsəbə stadionu. Saat 18:00

“Olimpik” - “Karvan”
Baş hakim: Babək Quliyev
Bakı. “Şəfa” stadionu. Saat 21:00

“Bakı” - “İnter”
Baş hakim: Fariz Yusifov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00

“Qəbələ” - “Neftçi”
Baş hakim: Vüsal Əliyev
Qəbələ. Şəhər stadionu. Saat 18:00

N

komandalar

O

Q

H

M

T

X

1

Qəbələ

2

2

0

0

7-1

6

2

Simurq

2

2

0

0

5-2

6

3

Karvan

2

2

0

0

3-0

6

4

Bakı

2

2

0

0

2-0

6

5

İnter

2

1

1

0

4-1

4

6

Qarabağ

2

1

1

0

3-2

4

7

Standard

2

1

0

1

1-3

3

8

Olimpik

2

0

2

0

2-2

2

9

Xəzər-Lənkəran

1

0

0

1

0-1

0

10

Turan

1

0

0

1

1-3

0

11

Neftçi

2

0

0

2

0-2

0

12

Bakılı

2

0

0

2

1-4

0

13

NBC

2

0

0

2

2-6

0

14

MOİK

2

0

0

2

0-4

0



Bombardir: Fərzad Hatəmi (“Qəbələ”) – 3.
0