Valentin Xodukin: “Bakı” çempion tituluna ən real namizəddir”
22.08.2008 - 16:30
Valentin Xodukin: “Bakı” çempion tituluna ən real namizəddir”
69 yaşlı çalışdırıcı bildirib ki, Azərbaycan Premyer Liqasının III turunda qarşılaşacaqları “Bakı” çempion tituluna iddialıdır: “Demək olar ki, yığmaya oyunçu verən digər klublar da bizim vəziyyətdədir. Bugünkü məşqdə də onları yükləməyəcəyik. Çalışacağıq ki, yorğun futbolçular “Bakı” ilə oyuna tam hazır olsunlar”. V. Xodukin rəqibin yay fasiləsindən səmərəli istifadə etdiyini vurğulayıb: “Çox uğurlu transferlər gerçəkləşdirən “Bakı” mobil komanda təsiri bağışlayır. “Bakı”nın çempionatdakı hər iki görüşünü izləmişəm. Həm MOİK, həm də “Neftçi” ilə görüşdə onların necə futbol oynadıqlarının şahidi olmuşam. Bu komanda qızıl medallara ən real namizəddir”.
Qeyd edək ki, avqustun 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” - “İnter” oyunu saat 21:00-da başlanacaq.
0