Azərbaycan futbol yığması Litvada keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub
25.08.2008 - 10:16
Azərbaycan futbol yığması Litvada keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası (U-17) Litvanın Palanqa şəhərində keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub. “APA-Sport” agentliyinin məlumatına görə, almaniyalı Bernard Lippertin yetirmələri finalda rusiyalı həmyaşıdları ilə qarşılaşıblar. Yığmamız 66-cı dəqiqədə qapısından buraxdığı yeganə qol nəticəsində məğlubiyyətlə üzləşib. Üçüncü yer uğrunda görüşdə isə Latviya komandası oyunsonrası penaltilər seriyası ilə Moldovanı üstələyib.
Qeyd edək ki, U-17 Palanqa turnirinin qrup mərhələsində Litva (1:0) və Belarusa (2:0) qalib gəlib, Latviya ilə heç-heçə (0:0) oynayıb. Bu yarış milli komandamız üçün Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyıb.
0